Yığmamızın Albaniya sınağı - AFİŞA

Xəbərlər
8 İyul 2024 11:44
132
Yığmamızın Albaniya sınağı - AFİŞA

16 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının C divizionuna sabah start veriləcək.

İdman.biz xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçiriləcək turnir iyulun 14-dək davam edəcək.

Azərbaycan millisi A qrupunda mübarizə aparacaq. U-16 millimizin rəqibləri Albaniya, Malta və Moldova yığmaları olacaq.

Tahir Baxşıyevin yetirmələri sabah Bakı vaxtı ilə saat 21:30-da Albaniya ilə üz-üzə gələcək. İyulun 10-da saat 16:30-da rəqib Moldova olacaq. Ertəsi gün saat 16:30-da millimiz Malta ilə qarşılaşacaq.

Qeyd edək ki, iyulun 13-də yarımfinal və 5-8-ci yerlər uğrunda matçlar baş tutacaq. Ayın 14-də isə 1-ci, 3-cü, 5-ci və 7-ci yer uğrunda oyunlar təşkil olunacaq.

İdman.biz

Məqalədə: