Fransa Paris-2024-də onlara güvənəcək - HEYƏT

Xəbərlər
8 İyul 2024 12:10
169
Fransa Paris-2024-də onlara güvənəcək - HEYƏT

Kişi basketbolçulardan ibarət Fransa millisinin heyəti açıqlanıb.

İdman.biz xəbər verir ki, baş məşqçi Vensan Kolle Paris-2024 Yay Olimpiya Oyunlarında güvənəcəyi "12-liy"i müəyyənləşdirib.

Təcrübəli mütəxəssis düşərgəyə NBA-dan 6 oyunçu dəvət edib. Digərləri isə müxtəlif ölkə və klublardan çağırılıblar.

Multiidman yarışını qəbul edəcək fransalılar Olimpiadada Yaponiya, Almaniya və Braziliya ilə birgə B qrupunda yer alıblar.

Fransanın heyəti:

Rubi Qober (“Minesoto Timbervulvz”, ABŞ), Viktor Vembanyama (“San-Antonio Spörz”, ABŞ), Evan Furnye (“Detroid Pistons”, ABŞ), Nikolya Batyum (“Filodelfiya Siksers”, ABŞ), Bilal Kulibali (“Vaşinqton Uizards”, ABŞ), Frenk Ntilikina (“Şarlott Hornets”, ABŞ), Qerşon Yabusele (“Real”, İspaniya), Matias Lessor (“Panatinaykos”, Yunanıstan), Metyu Strazel (“Monako”), İzaya Kordine (“Virtus”, İtaliya), Nando De Kolo (ASVEL), Endryu Albisi (“Qran Kanariya”, İspaniya).

Qeyd edək ki, Paris-2024 iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

İdman.biz

Məqalədə: