Karrinin “Qolden Steyt” arzusu

Xəbərlər
8 İyul 2024 22:08
121
Karrinin “Qolden Steyt” arzusu

“Qolden Steyt”in oyun qurucusu Stefan Karri komandanı tərk etmək niyyətində olmadığını bildirib.

İdman.biz xəbər verir ki, o, ABŞ yığmasının düşərgəsində jurnalistlərin suallarına cavab verib.

Karri bildirib ki, NBA-da hər şeyin daha sürətlə dəyişir: “Bütün karyeram ərzində komandada qalmaq istəyirəm. Bu mənim məqsədimdir. Amma NBA-da hər şey çox tez dəyişir. Həmişə qələbə qazanmaq istəyində olduğun aydındır”.

Qeyd edək ki, Karri 2023/2024 mövsümündə 75 oyunda meydana çıxıb. O, orta hesabıa 26,4 xal, 4,5 götürmə və 5,1 ötürməlik nəticəyə imza atıb.

İdman.biz