“Xəzri”dən avrokubokla bağlı QƏRAR

Xəbərlər
9 İyul 2024 14:43
230
“Xəzri”dən avrokubokla bağlı QƏRAR

Kişi basketbolçular arasında Azərbaycan Liqasının gümüş mükafatçısı olan “Xəzri” avrokubokla bağlı qərarını verib.

İdman.bizin əldə etdiyi məlumata görə, Bakı təmsilçisi beynəlxalq arenada çıxış etməyəcək.

Murat Dikmenin baş məşqçisi olduğu komanda avrokuboka qatılmağı planlaşdırsa da, son anda reallaşmayıb. Lakin bunun səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Azərbaycanı avrokuboklarda yalnız “Sabah” təmsil edəcək. ABL-nın qalibi Çempionlar Liqasında oynayacaq.

Emin Ağa
İdman.biz

Məqalədə: