Bu gün 20 yaşadək basketbolçu oğlanlar arasında Avropa çempionatının B divizionunda mübarizəyə start verilib.
İdman.biz xəbər verir ki, Azərbaycan millisi Rumıniyada təşkil olunan yarışın qrup mərhələsində ilk matçına çıxıb.
İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi yığmamız Portuqaliya ilə görüşüb. Oyun rəqib komandanın üstünlüyü ilə keçib. Portuqaliya 90:34 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Avropa çempionatının B divizionunun oyunları iyulun 21-dək davam edəcək. Komandamız iyulun 13-də saat 16:30-da Böyük Britaniya, 14-də saat 14:00-da İrlandiya, 17-də saat 14:00-da Niderlandla üz-üzə gələcək.
U-20-lər (oğlanlar) arasında Avropa çempionatı
B divizionu, B qrupu
I tur, 12 iyul
21:30. Portuqaliya - Azərbaycan - 90:34 (16:14, 21:3, 27:14, 26:3)
Mioveni İdman Zalı
İdman.biz