16 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının C divizionunda həlledici oyunlar keçirilib.
İdman.biz xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən turnirdə çıxış edən Azərbaycan millisi 3-cü yer uğrunda yarışıb.
Tahir Baxşıyevin yetirmələri Ermənistanla üz-üzə gəlib. Fasiləyə üstün yollanan komandamız sonradan üstünlüyü əldən verib. Millimiz 63:71 hesabı ilə uduzub.
Qeyd edək ki, finalda Kosova - Albaniya qarşılaşması baş tutacaq.
U-16-lar (oğlanlar) arasında Avropa çempionatı
C divizionu, 3-cü yer uğrunda
14 iyul
19:00. Azərbaycan - Ermənistan - 63:71 (18:11, 10:15, 11:21, 24:24)
Feti Borova Milli Olimpiya Mərkəzi
İdman.biz