"İkinci dəfə kuboku qazanmaq qürurvericidir".
İdman.biz xəbər verir ki, bunu 16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Evren Alkaya deyib.
Türkiyəli mütəxəssis yığmanın Avropa çempionatının C divizionunda qazandığı qələbəni şərh edib: "Bir ildir ki, ciddi hazırlıq keçirik. Rəqibləri təhlil edib, araşdırmışdıq. Komandanın gücünə bələd idik. Federasiyanın dəstəyi ilə heyət forlmalaşdırıb işə başladıq. Qızlarımız Avropada bir daha özlərini sübuta yetirdilər. Basketbolçular onlara bəslənən ümidləri doğrultdular. Finaldakı rəqibimizə qrupda qalib gəlmişdik. Amma bu bizi arxayınlaşdırmırdı. Sonadək diqqətli oynayıb qələbə qazandıq. Bundan sonra da Azərbaycanda qadın basketbolunun inkişafı üçün əlimizdən gələni edəcəyik".
Qeyd edəki ki, Azərbaycan yığması finalda Kiprə 69:52 hesabı ilə qalib gəlib.
İdman.biz