16 yaşadək basketbolçu qızlar arasında Avropa çempionatının C divizionunun rəmzi komandası və ən yaxşı oyunçusu açıqlanıb.
İdman.biz xəbər verir ki, Azərbaycan millisinin lideri Angelina İsmayılova çempionatın MVP-si seçilib.
O, turnirin rəmzi komandasında yer alan iki basketbolçumuzdan biri olub. Sitarə Abbasova da “5-lik”də qərarlaşıb.
Onların yer aldığı komandaya Sidorela Jila (Albaniya), Evelina Demetriadi (Kipr) və Nitsa Sabadaşvili (Gürcüstan) də layiq görülüb.
Qeyd edək ki, Azərbaycan millisi C divizionunda Avropa çempionu adını qazanıb.
İdman.biz