Evren Alkaya: “Bu uğuru davam etdirməyə çalışacağıq” - VİDEO

Müsahibə
16 İyul 2024 03:19
248
Evren Alkaya: “Bu uğuru davam etdirməyə çalışacağıq” - VİDEO

"Basketbolçularımla qürur duyuram".

İdman.biz xəbər verir ki, bunu 16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Evren Alkaya Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılama mərasimində deyib.

Türkiyəli mütəxəssis yığmanın Avropa çempionatının C divizionunda birinci olmalarını şərh edib: “Komandam vəzifəsinin öhdəsindən laiqincə gəldi. Turnirə çox yaxşı hazırlaşmışdıq. Gözlədiyimiz kimi də oldu. Çox şükür ki, kuboku Azərbaycana gətirdik. Qarşıdakı illərdə də bu uğuru davam etdirməyə çalışacağıq. Azərbaycanqa qadın basketbolunun daha yaxşı vəziyyətə gəlməsi üçün əlimizdən gələni edəcəyik. Azərbaycan Basketbol Federasiyasına və bizə dəstək olan hər kəsə minnətdarıq”.

Qeyd edəki ki, Azərbaycan yığması Cəbəllütariqdə keçirilən yarışın finalında Kiprə 69:52 hesabı ilə qalib gəlib.

Emin Ağa
İdman.biz

Məqalədə: