“Xalqımıza bu sevinci yaşatdığımız üçün çox xoşbəxtik”.
İdman.biz xəbər verir ki, bunu 16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisinin köməkçi məşqçisi Aygün Eynullayeva Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılama mərasimində deyib.
Çalışdırıcı Cəbəllütariqdə keçirilən Avropa çempionatının C divizionunda qızıl medal qazandıqdan sonra yaşananları açıqlayıb: “Birinci matçımız Ermənistana qarşı oldu. Oyun başlayanda gərginlik var idi. Amma bu görüşdən qalib ayrıldıq. Çox sevindik. Ən qürurverici hadisə birinci yeri tutanda himnimizin səslənməsi idi. Həmin anda Emənistan millisi də bizi ayaqüstə alqışlayırdı. Çox sevindik ki, xalqımıza bunu yaşatdıq”.
Qeyd edəki ki, Azərbaycan yığması finalda Kiprə 69:52 hesabı ilə qalib gəlib.
Emin Ağa
İdman.biz