20 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, yığmamız Avropa çempionatının B divizionunda 17-20-ci yerlər uğrunda matça çıxıb.
Azərbaycan millisi Rumıniyada təşkil olunan yarışda İsveçrə ilə qarşılaşıb. İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi yığmamız 40:111 hesabı ilə uduzub. Bundan sonra komandamız 19-cu yer uğrunda yarışacaq.
Qeyd edək ki, komandamız qrup mərhələsində keçirdiyi dörd oyunun da hamısında uduzub.
U-20-lər (oğlanlar) arasında Avropa çempionatı
B divizionu, 17-20-ci yerlər uğrunda
19 iyul
19:00. İsveçrə - Azərbaycan - 101:40 (22:8, 25:15, 21:6, 33:11)
Piteşti İdman Zalı
İdman.biz