Qubada 3 məğlubiyyət - FOTO

Xəbərlər
20 İyul 2024 20:17
710
Qubada 3 məğlubiyyət - FOTO

Bu gün basketbolun 3x3 növü üzrə Qadın seriyasının Quba mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, 8 komanda iki qrupda mübarizə aparıb.

Azərbaycan təmsilçisi “Baku Flames” A qrupunda üç matç keçirib. Havva Nastakalova, Sali Al-Xuri, Nailə Əlisultanova və Ləman İbrahimovadan ibarət komandamız Niderland, Çin U-24 və Avstraliya ilə görüşüb. Komandamız hər 3 mtçda məğlub olub və mübarizəni dayandırıb.

Qeyd edək ki, turnirə sabah yekun vurulacaq.

Qadın seriyası, Quba mərhələsi
Qrup mərhələsi, A qrupu
20 iyul

16:30. Niderland - “Baku Flames” – 21:4
18:10. Çin U-24 - “Baku Flames” - 21:2
20:00. Avstraliya - “Baku Flames” - 21:3

İdman.biz