18 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatı C divizionunda iştirak edəcək.
İdman.biz xəbər verir ki, qrup oyunları Kosovanın paytaxtı Priştinada keçiriləcək.
Azərbaycan millisi B qrupunda Albaniya, Gürcüstan və Ermənistan komandaları ilə qarşılaşacaq. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi yığmamız ilk oyununu sabah Albaniyaya qarşı keçirəcək. Bir gün sonra Gürcüstanla üz-üzə gələcək basketbolçularımız qrupun son matçında Ermənistanla qüvvələrini sınayacaqlar.
Avropa çempionatı, C divizionu
B qrupu
23 iyul
19:00. Azərbaycan - Albaniya
24 iyul
19:00. Azərbaycan - Gürcüstan
25 iyul
16:30. Azərbaycan - Ermənistan
İdman.biz