Evren Alkayadan çempionluq istəyi – Avropa çempionatında

Xəbərlər
23 İyul 2024 17:42
252
Evren Alkayadan çempionluq istəyi – Avropa çempionatında

“U-18 Avropa çempiopnatına qitə birinciliyinin qalibi olan U-16 milli komandamız ilə birlikdə eyni sistemlə hazırlaşdıq”.

Bunu İdman.bizə basketbol üzrə qızlardan ibarət Azərbaycanın U-18 millisinin baş məşqçisi Evren Alkaya deyib.

Türkiyəli mütəxəssis bu gün ilk oyuna çıxacaqları Avropa çempionatında C divizionunda şanslarını dəyərləndirib. O bildirib ki, Albaniyaya qarşı ilk matç çətin keçəcək: “Rəqibin bu yaş qrupu tarixlərinin ən yaxşı komandasıdır. Bizdə də eyni haldır. Bərabər səviyyəli bir görüş keçəcək. Çətinlik çəkəcəyimizi düşünərəm. Amma qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

Alkaya qitə çempionatındakı hədəflərini də açıqlayıb: “Yarışda iştirakımızın əsas məqsədi idmançılarımızın daha çox təcrübə toplamasıdır. Komanda 2006-2007-ci il təvəllüdlü basketbolçulardan yığılıb. Rəqiblər bizdən yaşca böyük və güclüdürlər. Amma təbii ki, bura gətirdiyimiz idmançıların oyun praktikalarını artırmaq və onların stressli, templi duellərdə oynamasına şərait yaratmaqdır. Avropa çempionatına psixoloji hazırıq. Qarşılaşmalar bir qədər sərt keçəcək. Bu yaş qrupunda oyunçular inkişaflarını tamamladıqları üçün çox qüvvətli olurlar. Gözləntimiz çempion olmaqdır. Amma bir qədər təcrübəmiz azdır. Çox çalışacağıq və mübarizə aparacağıq. İlk hədəfimiz təbii ki, qrupu 1-ci yerdə bitirib yarımfinal oynamaq, ardınca finala yüksəlməkdir. Həlledici görüşdə isə atmosfer tamam fərqli olur. Finalda hər bir milli çempion ola bilər. Burdakı 7 komandanın hamısı eyni gücdədir. Oyunlarda nəticəni basketbolçuların mübariz ruhu və bir qədər də bəxtləri gətirəcək. Əlimizdən gələn hər şeyi edəcəyik”.

Qeyd edək ki, Kosovonun paytaxtı Priştinada keçirilən Azərbaycan – Albaniya matçı saat 19:00-da başlayacaq.

Emin Ağa
İdman.biz

Məqalədə: