Millimiz yarımfinalda

Xəbərlər
24 İyul 2024 20:01
535
Millimiz yarımfinalda

18 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır.

İdman.biz xəbər verir ki, C divizionunda çıxış edən yığmamız B qrupunda ilk oyununa çıxıb.

Baş məşqçi Anar Sarıyevin yetirmələri Albaniyadakı turnirə Moldova ilə görüşlə start verib. Komandamız 87:76 hesabı ilə qalib gəlib. Bu qələbə millimizi yarımfinala yüksəldib.

Qeyd edək ki, yığmamız sabah Ermənistanla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 18:00-da başlayacaq.

Avropa çempionatı, C divizionu
B qrupu, II tur
24 iyul
18:00. Moldova – Azərbaycan - 76:87 (23:27, 15:28, 16:17, 22:15)

Tomorr Sinani İdman Sarayı

1

Ermənistan

1

1

0

88-72

2

2

Azərbaycan

1

1

0

87-76

2

3

Moldova

2

0

2

148-175

2

İdman.biz

Məqalədə: