Yığmamız Ermənistana gücünü göstərib - FOTO

Xəbərlər
25 İyul 2024 19:59
460
Yığmamız Ermənistana gücünü göstərib - FOTO

18 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, C divizionunda çıxış edən yığmamız B qrupunda son matçında Ermənistanla görüşüb.

Hər iki komanda yarımfinala vəsiqəni təmin etdiyindən qarşılaşma B qrupunun liderini müəyyənləşdirib. Baş məşqçi Anar Sarıyevin yetirmələri Albaniyadakı turnirdə ardıcıl ikinci qələbəsini qazanıb. Millimiz ermənilərlə görüşü 76:69 hesabı ilə qalib bitirib.

Qeyd edək ki, yarımfinal mərhələsi iyulun 27-də baş tutacaq.

Avropa çempionatı, C divizionu
B qrupu, III tur
25 iyul
18:00. Azərbaycan – Ermənistan - 76:69 (20:12, 25:23, 11:19, 20:15)

Tomorr Sinani İdman Sarayı

1

Azərbaycan

2

2

0

163-145

4

2

Ermənistan

2

1

1

157-148

3

3

Moldova

2

0

2

148-175

2

İdman.biz

Məqalədə: