"Sabah" amerikalı ilə 2 illik müqavilə imzalayıb

Xəbərlər
25 İyul 2024 15:23
284
"Sabah" amerikalı ilə 2 illik müqavilə imzalayıb

Transfer çalışmalarını davam etdirən "Sabah" basketbol Klubu sıralarını daha bir legioner oyunçu ilə gücləndirib.

Bakı təmsilçisindən İdman.bizə verilən məlumata görə, amerikalı basketbolçu DeAndre Uilyams FIBA Çempionlar Liqasında mübarizə aparacaq komandanın heyətinə cəlb olunub.

206 sm boya malik legionerlə 2 illik müqavilə imzalanıb.

27 yaşlı amerikalı T1 liqasında mübarizə aparan "Taiwan Beer Leopards" klubunda çıxış edib.

Uilyams 2020-2023-cü illər aralığında öz ölkəsində NCAA 1-ci divizionunda iştirak edən "Memphis Tigers" klubunda oynayıb.

İdman.biz

Məqalədə: