Millilərimizin rəqibləri müəyyənləşib

Xəbərlər
26 İyul 2024 09:25
305
Millilərimizin rəqibləri müəyyənləşib

Basketbol üzrə Avropa çempionatının C divizionunda mübarizə aparan Azərbaycan millilərinin növbəti rəqibləri müəyyənləşib.

İdman.biz xəbər verir ki, qrup mərhələsində qələbələri sıralayan yığmalarımız yarımfinal görüşlərinə sabah çıxacaq.

Qızlardan ibarət millimiz Kosovonun paytaxtı Priştinada keçirilən yarışda Kiprlə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. İkinci finalçı Kosovo ilə Albaniyanın duelində müəyyənləşəcək.

Oğlanlardan ibarət millimiz yarımfinalda turnirin ev sahibi Albaniya ilə üz-üzə gələcək. Elbasan şəhərindəki qarşılaşma saat 20:00-da başlayacaq. Digər yarımfinalda Lüksemburqla Ermənistan görüşəcək.

Qeyd edək ki, hər iki turnirin həlledici matçları iyulun 28-də baş tutacaq.

İdman.biz

Məqalədə: