Rassell Uestbruk "Denver"də

Xəbərlər
26 İyul 2024 23:06
150
Rassell Uestbruk "Denver"də

NBA ulduzu Rassell Uestbruk "Denver Naggets"lə müqavilə imzalayıb.

İdman.biz xəbər verir ki, bu barədə tanınmış basketbol insayderi Şems Çaraniya məlumat yayıb.

Onun informasiyasına görə, Uestbruk "Denver"lə 6,8 milyon avroluq 2 illik müqavilə imzalayıb. 35 yaşlı basketbolçunun növbəti mövsümdə müqaviləni artırmaq və xitam hüququ özündə saxlanıb.

Qeyd edək ki, ötən mövsümdə "Los-Anceles Klippers"in şərəfini qoruyan Rassell orta hesabla 22,28 dəqiqə meydanda olub və 11,1 xal, 5 götürmə, 4,5 ötüməlik nəticə göstərib.

İdman.biz