Millimiz finalda - FOTO

Xəbərlər
27 İyul 2024 20:43
1 551
Millimiz finalda - FOTO

18 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının C divizionunda növbəti matçını keçirib.

İdman.biz xəbər verir ki, millimiz Kosovonun paytaxtı Priştinada keçirilən yarışın yarımfinal oyununa çıxıb.

Qrup mərhələsini üç qələbə ilə başa vuran yığmamız Kiprlə qarşılaşıb. Türkiyəli mütəxəssis Evren Alkayanın çalışdırdığı komanda uğurlu seriyasını davam etdirib. Millimiz kiprliləri 66:49 hesabı ilə məğlub edib. İkinci finalçı Kosovo ilə Albaniyanın duelində müəyyənləşəcək.

Qeyd edək ki, final və 3-cü yer uğrunda oyun iyulun 28-də keçiriləcək.

Avropa çempionatı, C divizionu
Yarımfinal
27 iyul
19:00. Azərbaycan - Kipr - 66:49 (28:15, 13:3, 14:13, 11:18)

Tetori İdman Zalı

İdman.biz

Məqalədə: