İspaniyalı basketbolçudan Olimpiya rekordu

Xəbərlər
27 İyul 2024 18:38
688
İspaniyalı basketbolçudan Olimpiya rekordu

İspaniyalı Rudi Fernandes 6-cı dəfə Olimpiadada iştirak edən ilk basketbolçu olub.

İdman.biz xəbər verir ki, o, bu gün ölkə yığmasının heyətində Avstraliyaya qarşı oyunda meydana çıxıb.

Fernandes ilk dəfə Afina-2004 Yay Olimpiya Oyunlarında iştirak edib. 39 yaşlı idmançı Pekin-2008 və London-2012 olimpiadalarında final matçında uduzub. Rudinin komandası hər iki halda amerikalılarla bacarmayıb. İspanlar Rio-2016-da isə üçüncü olublar.

Amerikalı qadın basketbolçu Dayana Taurazi də 6-cı dəfə Oyunlara yollanıb. O, bazar ertsəi ABŞ yığmasının heyətində Yaponiyaya qarşı meydana çıxmaq şansı qazanıb.

Qeyd edək ki, İspaniya millisi turnirin ilk oyununda Avstraliyaya 80:92 hesabı ilə uduzub.

İdman.biz