Milan Kotaraç ölkəmizdə onlara seminar keçib

Xəbərlər
29 İyul 2024 13:03
288
Milan Kotaraç ölkəmizdə onlara seminar keçib

Azərbaycan Basketbol Federasiyasının (ABF) təşkilatçılığı ilə gənc məşqçilər üçün seminarlar və praktiki məşğələlər keçirilib.

İdman.biz xəbər verir ki, qurumun idman və konfrans zallarında keçirilən təlimlər FİBA dərəcəli serbiyalı məşqçi Milan Kotaraçın rəhbərliyi altında baş tutub.

Seminarın əsas məqsədi, gənc məşqçilərimizin bilik və bacarıqlarının artırılması olub. Sonda iştirakçılara federasiya rəsmiləri tərəfindən sertifikatlar verilib.

İdman.biz