“Zirvə-Astara” yeni mövsümdə olmayacaq, cənub bölgəsini “Cəlilabad” təmsil edəcək

Xəbərlər
30 Sentyabr 2023 13:55
353
“Zirvə-Astara” yeni mövsümdə olmayacaq, cənub bölgəsini “Cəlilabad” təmsil edəcək

Azərbaycanın “Zirvə-Astara” basketbol klubu fəaliyyətini dayandırıb.

İdman.biz xəbər verir ki, komanda Azərbaycan Basketbol Liqasının 2023/24 mövsümündə oynamayacaq.

Nəticədə cənub bölgəsini “Cəlilabad” təmsil edəcək. Artıq tarixin yaddaşına köçən “Zirvə-Astara”dan Zaur Paşayev yeni klubda köməkçi məşqçi kimi çalışacaq. Klubun baş məşqçisi isə Şəhriyar Əsgərov olacaq.

“Cəlilabad” ev oyunlarını eyni adlı şəhərin Olimpiya İdman Kompleksində keçirəcək.

Emin Ağa

İdman.biz