“Sabah” Litvaya yollanıb

Xəbərlər
20 Avqust 2024 13:22
1 051
“Sabah” Litvaya yollanıb

Kişi basketbolçulardan ibarət “Sabah” klubu təlim-məşq toplanışına yollanıb.

İdman.biz xəbər verir ki, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək paytaxt klubu turnirə Litvada hazırlaşacaq.

Təmsilçimiz sentyabrın 10-na qədər Baltikyanı ölkədə məşq edəcək. Toplanış çərçivəsində bir neçə yoxlama oyunu keçiriləcək.

Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının Türkiyənin Antalya şəhərində təşkil olunacaq təsnifat mərhələsində mübarizə aparacaq. Paytaxt təmsilçisinin 1-ci mərhələdəki rəqibi İsveçin “Norçepinq Dolfin” klubu olacaq.

İdman.biz