Azərbaycan komandalarının Qadın seriyasındakı mövqeyi açıqlanıb

Xəbərlər
20 Avqust 2024 15:26
229
Azərbaycan komandalarının Qadın seriyasındakı mövqeyi açıqlanıb

Basketbolun 3x3 növü üzrə Qadın seriyasının son iki mərhələsi ərəfəsində komandaların ümumi cədvəli açıqlanıb.

İdman.biz xəbər verir ki, siyahıda seriyanın əvvəlki mərhələlərində iştirak edən 50 komanda yer alıb.

Azərbaycan millisi 123 xalla 28-ci yerdə qərarlaşıb. Yığmamız dörd mərhələdə iştirak edib. Bakı mərhələsində 12-ci yeri tutan komanda hesabına 14 xal əlavə edə bilib.

“Baku Flames” 37-ci yerdə qərarlaşıb. İki mərhələdə çıxış edən komandamızın 75 xalı var.

Qeyd edək ki, siyahıya 560 xala malik Niderland başçılıq edir.

İdman.biz