Millimiz Avropa kuboku ilə vidalaşıb

Xəbərlər
22 Avqust 2024 20:33
724
Millimiz Avropa kuboku ilə vidalaşıb

Bu gün basketbolun 3x3 növü üzrə Avropa kuboku start götürüb.

İdman.biz xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada təşkil olunan yarışın ilk günündə Azərbaycanın qadın basketbolçuları da mübarizəyə başlayıb.

Yığmamız qrup mərhələsində iki oyun keçirib. İspaniya və meydan sahibləri Avstriya ilə üz-üzə gələn millimiz hər matçda uduzub. Qrupda sonuncu olan komandamız pley-offdan kənarda qalıb.

Avropa kuboku
Qrup mərhələsi
22 avqust

15:40. Azərbaycan – İspaniya - 12:20
19:15. Azərbaycan – Avstriya - 7:21

Qeyd edək ki, hər qrupda ilk iki yeri tutan komandalar 1/4 finala adlayıb.

İdman.biz