Millimiz mübarizəni dayandırıb

Xəbərlər
23 Avqust 2024 20:19
532
Millimiz mübarizəni dayandırıb

Basketbolun 3x3 növü üzrə Avropa kuboku davam edir.

İdman.biz xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi yarışın ikinci günündə mübarizəyə qoşulub.

Yığmamız Avstriyanın paytaxtı Vyanada keçirilən turnirə C qrupunda başlayıb. Basketbolçularımız 1/4 finala vəsiqə üçün Niderland və Avstriya ilə görüşüb. Komandamız hər iki oyunda uduzaraq, turnirlə vidalaşıb.

Qeyd edək ki, hər qrupdan iki komanda 1/4 finala vəsiqə qazanıb.

Avropa kuboku
C qrupu

15:40. Niderland – Azərbaycan - 9:21
19:15. Avstriya – Azərbaycan - 20:18

İdman.biz