Millimizin 68 faizi

Xəbərlər
23 Avqust 2024 13:34
510
Millimizin 68 faizi

Basketbolun 3x3 növü üzrə Avropa kubokunun ilk günündən sonra ən məhsuldar oyunçular açıqlanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının basketbolçusu Dina Ulyanova da liderlər sırasındadır.

Millimizin lideri 2 matçda 13 xal toplayıb. O, yalnız ispaniyalı Sandra Yqueravidedən geri qalır. Pireneyli basketbolçunun hesabında 20 xal var.

Sandra uduzduğu iki görüşdə cəmi 19 xallıq atış edən millimizdən daha məhsuldar olub. Dina isə komandamızın xallarının təxminən 68 faizini toplayıb.

Ulyanova bombardirlər siyahısında 2-ci yeri ispaniyalı Veqa Ximeno və avstriyalı Aleksiya Alleşlə bölüşür. Hər üç oyunçu 13 xala imza atıb.

Qeyd edək ki, qrupda İspaniyaya 12:20, Avstriyaya 7:21 hesabı ilə uduzan yığmamız mübarizəni başa vurub.

İdman.biz