Mersedes Uolker: “Çox pis olmuşuq”

Xəbərlər
23 Avqust 2024 17:13
606
Mersedes Uolker: “Çox pis olmuşuq”

“Hər iki komanda çox güclü idi”.

Bunu İdman.bizə basketbolun 3x3 növü üzrə Azərbaycan yığmasının üzvü Mersedes Uolker deyib.

O, Avstriyanın paytaxtı Vyanada təşkil olunan Avropa kubokunun seçmə mərhələsində mübarizəni dayandırmalarına münasibət bildirib. Qrupda İspaniya (12:20) və Avstriya (7:21) millilərinə uduzan təcrübəli basketbolçu bildirib ki, komanda olaraq əllərindən gələni ediblər: “Rəqiblərimiz olduqca güclü və təcrübəli idilər. Hər birimiz bu oyunlarda qalib gəlmək istəyirdik. Təəssüf ki, bu cür nəticə ilə qarşılaşdıq. Qələbə qazana bilmədiyimiz üçün çox pis olmuşuq. Qızlarla birlikdə bu matç barədə çox düşünmüşdük. Fikrimcə, hər şeyə rəğmən möhtəşəm bir mövsüm keçirdik”.

Qeyd edək ki, qrupda sonuncu olan komandamız pley-offdan kənarda qalıb.

Banuçiçək Hüseynli
İdman.biz