Şakil dünyanın ən yaxşısını açıqlayıb

Xəbərlər
5 Sentyabr 2024 20:11
89
Şakil dünyanın ən yaxşısını açıqlayıb

NBA veteranı Şakil Onil növbəti dəfə dünyanın ən yaxşı basketbolçusunun adını açıqlayıb.

İdman.biz xəbər verir ki, o, Maykl Cordanı fərqləndirib.

Şakil YouTube kanallarından birinə verdiyi müsahibədə bu barədə danışıb: "Məncə, bütün dövrlərin ən yaxşısı Maykl Cordandır".

Qeyd edək ki, "Uçan Əlahəzrət" ləqəbli basketbolçu iki dəfə Olimpiya Oyunlarının qalibi olub, "Çikaqo Bullz"un heyətində 6 dəfə NBA-da çempion titulunu qazanıb.

İdman.biz