Yeniyətmə oğlan basketbolçuların baxış prosesi yekunlaşıb - FOTO

Xəbərlər
6 Sentyabr 2024 17:34
112
Yeniyətmə oğlan basketbolçuların baxış prosesi yekunlaşıb - FOTO

Bu gün Azərbaycan Basketbol Federasiyasının məşqçilər şurası tərəfindən milli komandaya namizəd göstərilən yeniyətmə oğlan basketbolçulara baxış prosesi yekunlaşıb.

İdman.biz xəbər verir ki, U-12, U-14 və U-16 yaş kateqoriyaları üzrə keçirilmiş baxış prosesində 243 basketbolçu iştirak edib.

U-12 yaş kateqoriyasından 59 nəfərdən 29-u, U-14 yaş kateqoriyasından 82 nəfərdən 31-i, U-16 yaş kateqoriyasından isə 102 nəfərdən 33-ü seçilərək milli komandaların düşərgələrinə cəlb olunublar.

Qeyd edək ki, təşkil olunmuş baxış prosesinin əsas məqsədi gələcək illərdə müxtəlif yaş qrupları üzrə milli komandaların heyətində daha istedadlı basketbolçuların yer almasıdır.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: