"Şəki"də ikinci amerikalı basketbolçu

Xəbərlər
11 Sentyabr 2024 16:17
116
"Şəki"də ikinci amerikalı basketbolçu

"Şəki" klubu heyətini ABŞ-dən olan daha bir basketbolçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, bölgə təmsilçisi 24 yaşlı hücumçu Karl Consu transfer edib.

2.08 metr boya malik oyunçu son olaraq Avrobasket Yay Liqasında "Los Anceles"də çıxış edib. İdmançı bu ilin mayında Nevada Universitetinin məzunu olub

Qeyd edək ki, "Şəki" daha əvvəl Azərbaycan millisinin üzvü Ərcan Donat və amerikalı Kris Bartonla anlaşıb.

İdman.biz