Karri klub sahibi olmaq arzusundadır

Xəbərlər
11 Sentyabr 2024 20:21
68
Karri klub sahibi olmaq arzusundadır

Stefen Karri karyerasını bitirdəkdən sonra NBA-a klublarından birinin sahibi olmaq arzusudadır.

İdman.biz xəbər verir ki, o, bu barədə ABŞ mətbuatına müsahibəsində deyib.

36 yaşlı basketbolçu gələcək planlar ilə bağlı bildirib: "Gələcək planlarımı bəlli etmişəm. Hələlik sevimli idman növümdə meydandan edəcəyim çox şey var. Amma gələcəkdə hər hansı bir klubun sahibi olmaq istəyirəm. Karyeram ərzində öyrəndiklərim çempion komandanın idarə edilməsində mənə kömək olar bilər".

Qeyd edək ki, Karri 2009-cü ildən "Qolden Steyt Uorriorz"un şərəfini qoruyub. O, 4 qat NBA çempionudur

İdman.biz