“Gəncə” yerli basketbolçu ilə yola davam edəcək

Xəbərlər
12 Sentyabr 2024 12:09
68
“Gəncə” yerli basketbolçu ilə yola davam edəcək

Azərbaycan Basketbol Liqasına hazırlıqları davam etdirən “Gəncə” klubu Maqsud Rüstəmov ilə müqaviləni yeniləyib.

İdman.biz xəbər verir ki, ötən mövsümdən "sarı-göylər"in şərəfini qoruyan 22 yaşlı basketbolçu ilə bir illik müqavilə imzalanıb.

197 sm boya malik Rüstəmov hücumçu mövqeyində çıxış edir. O, 14 nömrəli forma ilə oynayacaq.

İdman.biz