“Sabah” basketbol klubu açıq məşqə çıxıb - FOTO - VİDEO

Xəbərlər
13 Sentyabr 2024 11:44
122
“Sabah” basketbol klubu açıq məşqə çıxıb - FOTO - VİDEO

“Sabah” basketbol klubu açıq məşqinə başlayıb.

İdman.biz xəbər verir ki, FIBA Çempionlar Liqasınının təsnifat mərhələsində ölkəmizi təmsil edəcək komanda toplanışı yekunlaşdırmaq üzrədir.

Baş məşqçi Rimas Kurtinaytisın klubu ilk oyununa çıxmaq məqsədi ilə sentyabrın 15-də Türkiyənin Antalya şəhərinə yola düşəcək.

Qeyd edək ki, “Sabah” təsnifat mərhələsində "Norçepinq Dolfins"lə sentyabrın 17-də Antalyanın Gloria idman mərkəzində Bakı vaxtı ilə saat 17:30-da qarşılaşacaq. Basketbolçularımız təsnifat mərhələsinin 1/4 finalında İsveç təmsilçisini mübarizədən kənarlaşdırıcağı halda yarımfinalda İsveçrənin "Friburq" klubu ilə görüşəcək. Təsnifat mərhələsinin qalibi çempionlar liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: