"Sabah"ın Çempionlar Liqası heyəti müəyyənləşib

Xəbərlər
13 Sentyabr 2024 18:46
368
"Sabah"ın Çempionlar Liqası heyəti müəyyənləşib

Azərbaycan çempionu "Sabah" FİBA Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək heyəti bəlli olub.

İdman.biz xəbər verir ki, bu barədə klubdan açıqlama verilib.

"Sabah"ın heyətində 15 basketbolçu yer alıb. Antalya şəhərində keçiriləcək təsnifat mərhələsində çempionumuzun ilk rəqibi "Norçepinq Dolfins" (İsveç) olacaq. Oyun sentyabrın 17-də 17:30-da start götürəcək.

"Sabah"ın heyəti:

Cəbrayıl Əkbərov, Aydın İbrahimov, Əkbər Məmmədov, Əlikamran Məmmədov, Endar Poladxanlı, Şirzad Şirzadov, Tariyel Yusifzadə (hamısı Azərbaycan), Deandre Baldvin, Kamron Blu, Trevon Duval, Hassani Qravett, Maykl Holton (hamısı ABŞ), Artyoms Butyankovs, Klavs Kavars (hər ikisi Latviya) və Andrey Voynaloviç (Ukrayna).

Qeyd edək ki, "Sabah" - "Norçepinq Dolfins" cütünün qalibi sentyabrın 19-da keçiriləcək yarımfinalda İsveçrənin "Friburq" klubu ilə üz-üzə gələcək.

İdman.biz