“NTD”də daha bir legioner

Xəbərlər
16 Sentyabr 2024 12:34
59
“NTD”də daha bir legioner

“NTD” klubu Linton Braunla mövsümün sonuna kimi müqavilə bağlayıb.

İdman.biz xəbər verir ki, 24 yaşlı ABŞ-li universal basketbolçu həm atış müdafiəçisi, həm də kiçik forvard mövqelərdə oynaya bilir.

Oyunçunun son klubu “Vayland Baptist University” olub.

Qeyd edək ki, “NTD” bundan əvvəl daha 2 amerikalı basketbolçunu heyətinə qatıb. Bunlar Zion Patterson və Kaleb Burgesdir.

İdman.biz