“Xırdalan”ı “Abşeron” əvəzləyib

Xəbərlər
16 Sentyabr 2024 14:21
78
“Xırdalan”ı “Abşeron” əvəzləyib

"Xırdalan" fəaliyyətini "Abşeron" basketbol klubu olaraq davam etdirəcək.

İdman.biz xəbər verir ki, 2024/2025 mövsümündə komanda Abşeron Olimpiya idman kompleksində məskunlaşacaq.

Kompleks Azərbaycan Basketbol federasiyasının dəstəyi ilə təmir olunaraq klubun ixtiyarına verilib. Arenada parket örtüyü, səbətlər və digər texniki qurğular standartlara cavab verən şəkildə yenilənib. Kompleks ölkə çempionatı oyunlarını qəbul etmək üçün tam hazır vəziyyətə gətirilib.

İdman.biz