“Sumqayıt” Türkiyə klubundan transfer edib

Xəbərlər
16 Sentyabr 2024 16:14
294
“Sumqayıt” Türkiyə klubundan transfer edib

Azərbaycan Basketbol Liqasının yeni mövsümünə hazırlaşan “Sumqayıt” heyətini yeni oyunçularla gücləndirib.

İdman.biz xəbər verir ki, klub Türkiyənin "Ormanspor" klubunda oynamış Saadettin Donatla 1 illik müqavilə imzalayıb.

“Kimyaçılar” ötən mövsüm "Neftçi"nin formasını geyinən Zaur Quşanovu da heyətinə qatıb.

“Sumqayıt” ötən mövsüm komandada çıxış edən İsmayıl Əliyevlə də müqaviləni yeniləyib.

İdman.biz

Məqalədə: