Millinin basketbolçusu “Lənkəran”da

Xəbərlər
16 Sentyabr 2024 16:58
79
Millinin basketbolçusu “Lənkəran”da

Azərbaycan Basketbol Liqasının yeni mövsümünə hazırlaşan “Lənkəran” klubu millinin basketbolçusu ilə güclənib.

İdman.biz xəbər verir ki, U-18 və U-20 yığmasının formasını geyinən Rəşid Abbasovla müqavilə imzalanıb.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, oyunçu ilə 1 illik anlaşma əldə olunub.

Qeyd edək ki, 20 yaşlı basketbolçunun son klubu NTD olub.

İdman.biz