"Abşeron" türkiyəli mütəxəssisə tapşırılıb

Xəbərlər
16 Sentyabr 2024 22:06
70
"Abşeron" türkiyəli mütəxəssisə tapşırılıb

Azərbaycan Basketbol Liqasında çıxış edən "Abşeron"un baş məşqçisi dəyişib.

İdman.biz xəbər verir ki, komandaya Erhan Toker rəhbərlik edəcək.

Türkiyəli mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb. O, bu vəzifədə həmyerlisi Uğur Özdemiri əvəzləyib. Toker əvvəllər Türkiyədə "Qalatasaray"ın və "Tofaş" komandasında fəaliyyət göstərib.

Qeyd edək ki, ötən mövsüm liqada "Xırdalan" kimi çıxış edən klub bu gündən adını "Abşeron"a dəyişib.

İdman.biz