“Quba”dan növbəti transfer - FOTO

Xəbərlər
17 Sentyabr 2024 12:35
85
“Quba”dan növbəti transfer - FOTO

"Quba" basketbol klubu növbəti legioner transferini reallaşdırıb.

İdman.biz xəbər verir ki, Bölgə təmsilçimiz ABŞ-dən olan növbəti basketbolçu ilə anlaşıb.

Şəhriyar Əsgərovun rəhbərlik etdiyi kollektiv Malik Raşad Hantla razılığa gəlib. Onunla bir illik müqavilə imzalanıb.

Malik Raşad karyerası ərzində müxtəlif ölkələrdə legioner həyatı yaşayıb. O, "Mulege Mineyros"(Meksika), "Ginasio Olhanense"(Portuqal), "Sky Money Kinqs"(Çin), "Əl-Vatba"(Suriya), "Sorokaba"(Braziliya), "İmportadora Alvarado"(Ekvador) klublarında çıxış edib.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü basketbolçu artıq komandanın düşərgəsinə qoşulub.

İdman.biz