“Sumqayıt”da 3 legioner

Xəbərlər
17 Sentyabr 2024 12:42
96
“Sumqayıt”da 3 legioner

"Sumqayıt" Basketbol Klubu 3 yeni transfer reallaşdırıb.

İdman.biz xəbər verir ki, klub 2021-ci ildən Gürcüstanda çıxış edən, ötən mövsüm isə bu ölkənin "Gurjaani" klubunda oynamış 200 sm boya malik 29 yaşlı forvard Derrik Nyutonu transfer edib.

Daha bir transfer amerikalı Calen Houkinsin adı ilə bağlıdır. 193 sm boya malik 25 yaşlı oyun qurucusu son olaraq ABŞ-ın "Alcon State Braves" komandasında oynayıb.

Rusiyalı 181 sm boya malik 36 yaşlı oyun qurucusu Andrey Mateyunas da yeni mövsümdən komandanın uğurları üçün çalışacaq. O, 2009-cu ildə "Avtador"da, 2018-ci ildə isə "Spartak Primorye" ilə Rusiya çempionu olub. Andrey ötən mövsüm "SŞOR-Lokomotiv Kuban" komandasının şərəfini qoruyub.

İdman.biz

Məqalədə: