“Lənkəran”da amerikalı basketbolçu - FOTO

Xəbərlər
17 Sentyabr 2024 14:41
111
“Lənkəran”da amerikalı basketbolçu - FOTO

Azərbaycan Basketbol Liqasının yeni mövsümünə hazırlaşan “Lənkəran” heyətini amerikalı basketbolçu Qreqory Milton ilə gücləndirib.

İdman.biz xəbər verir ki, 190 sm boya malik Milton universal basketblçu sayılır. O, həm müdafiəçi, həm atıcı, həm də oyun qurucu mövqeyində çıxış edə bilir.

24 yaşlı oyunçu karyerasında Lüksemburqun “AB Contern” və Meksikanın “Frayles” klublarının formasını geyinib.

İdman.biz