NTD-də 2 legioner

Xəbərlər
17 Sentyabr 2024 17:07
77
NTD-də 2 legioner

NTD klubu növbəti transferləri reallaşdırıb.

İdman.biz xəbər verir ki, komanda iki ABŞ-li basketbolçu ilə anlaşıb.

24 yaşlı Daniel Mudi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. 201 sm boya malik forvard son olaraq “Montana State University Billings Athletics”in şərəfini qoruyub.

Bakı klubu həmçinin Kolin Qolsonla mövsümün sonuna kimi müqavilə bağlayıb. 195 sm boya malik 22-yaşlı forvardın son klubu “Vayne State University” olub.

İdman.biz

Məqalədə: