“Gəncə” heyətini amerikalı basketbolçu ilə gücləndirib

Xəbərlər
18 Sentyabr 2024 10:34
70
“Gəncə” heyətini amerikalı basketbolçu ilə gücləndirib

“Gəncə” heyətinə daha bir legioner cəlb edib.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ABŞ-dən olan Jordan Forbs "Gəncə"nin uğurları üçün oynayacaq.

26 yaşlı basketbolçu ampluaca hücumçudur. Boyu 190 sm olan Forbs komandada 3 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Cordanın son klubu Avstraliyanın 1-ci Liqasında çıxış edən "Strut Sabres" olub.

İdman.biz