“Alba Berlin”nin sabiq basketbolçusu “Lənkəran”da

Xəbərlər
18 Sentyabr 2024 18:02
78
“Alba Berlin”nin sabiq basketbolçusu “Lənkəran”da

Türkiyəli basketbolçu Çınar Çakmak yeni mövsümdən “Lənkəran”nın formasını geyinəcək.

İdman.biz xəbər verir ki, 193 sm boya malik hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Onun son klubu Türkiyənin “Cedi Osman Akademiyası” olub. 18 yaşlı gənc oyunçu “Beylikdüzü İxtisas” və “Alba Berlin” (Almaniya) klublarında da oynayıb.

Qeyd edək ki, “Lənkəran” bundan əvvəl Ceremi Berrayt, Qreqory Milton, Rəşid Abbasov və Valid Ağasızadəni heyətinə qatıb.

İdman.biz