“Gəncə” daha bir basketbolçu ilə güclənib

Xəbərlər
19 Sentyabr 2024 11:19
55
“Gəncə” daha bir basketbolçu ilə güclənib

“Gəncə” daha bir basketbolçu ilə razılıq əldə edib.

İdman.biz xəbər verir ki, klub Elşad Şirzadovu heyətinə cəlb edib.

Basketbolçu ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb. 188 sm boya malik Şirzadov "sarı-göylər"in heyətində 10 nömrəli formada oynayacaq.

Qeyd edək ki, hücumçu mövqeyində oynayan 26 yaşlı basketbolçu son mövsümü NTD-də keçirib.

İdman.biz