“Sabah”ın FİBA Avropa Liqasında ilk rəqibi müəyyənləşib.
İdman.biz xəbər verir ki, bu Çempionlar Liqasının ilk təsnifat mərhələsində məğlub olduğumuz İsveçin "Norçepinq Dolfins" klubudur.
Onlar yarımfinalda İsveçrənin "Friburq" komandasına 79:80 hesabı ilə uduzaraq yenidən təmsilçimizə rəqib olublar.
“Sabah” "Norçepinq Dolfins"ə 71:75 hesabı ilə uduzub. “Bayquşlar” "Norçepinq Dolfins"lə ilk oyuna oktyabrın 23-də səfərdə çıxacaq. Bakıdakı matç isə noyabrın 13-də keçiriləcək.
Qeyd edək ki, G qrupunda Rimas Kurtinaytisin komandasının digər 2 rəqibi isə hələ bəlli deyil.
İdman.biz