"Naxçıvan" türkiyəli basketbolçu ilə güclənib

Xəbərlər
23 Sentyabr 2024 14:04
46
"Naxçıvan" türkiyəli basketbolçu ilə güclənib

Azərbaycan Basketbol Liqasının yeni mövsümünə hazırlaşan “Naxçıvan” heyətini Ahmet Karaçelik ilə gücləndirib.

İdman.biz xəbər verir ki, 188 sm boya malik türkiyəli son mövsümü Azərbaycan Tələbə Liqasında mübarizə aparan "Xəzər Universiteti"ndə keçirib.

19 yaşlı oyunçu daha öncə "Ormanspor" və "Türk Telekom" klublarının da şərəfini qoruyub.

Qeyd edək ki, “Naxçıvan” bundan öncə Tremere Broun, Luka Petrovski, Nəzər Quliyev, Ehsan Şabani və Devon Cenkinsi heyətinə qatıb.

İdman.biz